Keyfiyyət, təhlükəsizlik, ekologiya, əməyin mühafizəsi və sağlamlıq sahəsində siyasət
Palmali şirkəti sifarişçilərin bütün tələblərini təmin etmək, öz işçilərinə, cəmiyyətə qarşı və ətraf mühitin mühafizəsi üzrə öhdəliklərini yerinə yetirmək üçün gəmilərin komplekt və rentabelli idarə olunması üzrə peşəkar xidmətləri təmin etməyə can atır. Yüklərin, o cümlədən neft və neft məhsullarının daşınması zamanı öz fəaliyyətinin ekoloji təhlükəsizliyin əhəmiyyətini dərk edərək Şirkət idarəetmə sisteminin səmərəliyini və öz xidmətinin keyfiyyətini daim yaxşılaşdırmağa can atır, ətraf mühitin çirklənməsini azaltmaq və qarşısını almaq üçün əlindən gələni edir. Şirkət öz işində ən yaxşı təcrübələri nəzərə alır. Şirkət ən azı MS İSO 9001:2008, MS İSO 14001:2004, OHSAS 18001:2007 və MKUB tələblərinə müvafiq olan idarəetmə sistemini dəstəkləməyə çalışır.
Şirkət dənizdə baş verəcək insidentlərin sayını azaltmağa, dənizin neft məhsulları ilə çirklənməsi, ekologiyaya zərər vurulması, heyətin sağlamlığına zərər yetirilməsi və nəhayət onların tamamilə baş verməməsinə can atır.
Şirkətin siyasəti - sağlamlıq və təhlükəsizliyinin mühafizəsini, təbii resursların səmərəli istifadəsini, ətraf mühitə qarşı mənfi təsiri azaltmağı, ehtiyatların ikinci dəfə istifadə edilməsini və tətbiq edilən bütün qanunvericilik tələbləri və beynəlxalq təcrübəyə müvafiq olan tullantıların istifadə edilməsini təmin edən şərtlərin daim yaxşılaşdırılmasıdır. Bu siyasəti həyata keçirmək üçün Şirkət, öz fəaliyyətinin ekoloji aspektlərinin əhəmiyyətinin eyniləşdirilməsi və qiymətləndirilməsi prosedurunun fasiləsiz olaraq işlək vəziyyətdə saxlamağa, öz aspektlərinin daimi monitorinqini aparmağa; müvafiq məqsəd və vəzifələri müəyyən etməyə, zəruri tədbirlər həyata keçirməyə, onların effektivliyini izləməyə və alınan nəticələrin təhlilinin nəticələri üzrə məqsəd və vəzifələrin düzəldilməsini həyata keçirməyə borcludur. Şirkət gəmilər, heyət və ətraf mühitlə bağlı bütün eyniləşdirilmiş riskləri qiymətləndirir və onlardan müvafiq müdafiəni təşkil edir. Şirkət, öz fəaliyyətində zədə və insanların tələf olmasının qarşısının alınmasına, gəmi və ofis heyəti də daxil olmaqla, nəqliyyat prosesinə cəlb olunan bütün insanların təhlükəsizliyinin müdafiəsinə, ətraf mühit və əmlaka vurulan zərərin qarşısının alınmasına yönəlmişdir. Şirkətin bütün işçilərinin vəzifəsi bu siyasətin reallaşmasında iştirak etməkdir.
Hazırkı siyasəti rəhbər tutaraq Şirkət aşağıda qeyd edilənlər vasitəsilə iş şərtləri və metodlarını müəyyən edir:
- alətləri nəzərdə tutan idarənin strukturu və standartların ciddi tələblərinə müvafiq gəlməsi və müvafiq planlaşdırma vasitəsilə işlərin yerinə yetirilməsi ilə bağlı olan zədə və insidentlərin qarşısını almaq üçün məsuliyyət.
Lazım olduqda tədris və hazırlıq yolu ilə dəstəklənən lazımi təcrübə və vərdişi olan heyəti;
- Səlahiyyətli heyət tərəfindən müvafiq nəzarəti və sahil və gəmi arasında effektiv təşkil edilmiş əlaqəni;
-
Sağlamlığın mühafizəsi və təhlükəsizliyin təminatını nəzərdə tutran istehsalat şərtlərini;
-
Gəminin, gəmi avadanlıqlarının və qurğuların istismarı və texniki xidmətini təmin etmək üçün prosedurları;
-
Keyfiyyət standartlarının, ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik təminatının tərəqqisi üçün müvafiq milli, beynəlxalq və digər orqanlarda üzvlük;
-
Yeni əməkdaşların işə qəbul edilməsi şərtlərinin müəyyən edilməsi, keyfiyyət, təhlükəsizlik, ekologiya, əməyin və sağlamlığın mühafizəsi sahəsində Şirkətin siyasətinin qəbul edilməsi və başa düşülməsi.
Keyfiyyət, təhlükəsizlik, ekologiya, əməyin və sağlamlığın mühafizəsi sahəsində Şirkətin siyasətinə yenidən baxılması və reallaşmasına görə məsuliyyət Şirkətin ən ali idarəetmə strukturlarının, orta dərəcədən olan idarəetmə strukturlarının və gəmilərin kapitanlarının üzərinə düşür. Əsas məsuliyyət idarəetmə sistemi üzrə rəhbərliyin Nümayəndəsinin (Təyin edilmiş şəxsin) üzərinə düşür.
Keyfiyyət, sağlamlığın, təhlükəsizliyin və ətraf mühitin mühafizəsi məsələləri üzrə ən üstün məsuliyyəti Palmali şirkətlər qrupunun Prezidenti daşıyır.
Rəhbərlər baş ofis və Şirkətin nümayəndəliklərinin digər işçilər kimi flotun işçilərinin fəaliyyətinin dəqiq istiqamətlərinin verməlidirlər və öz davranışları ilə ətraf mühitin mühafizəsi və təhlükəsizliyi sahəsində yaxşılaşmaya can atdıqlarını nümayiş etdirməlidirlər. |